Azərbaycan Respublikası Dövlət Neft Fondu

Mühasibat uçotu və hesabatı departamentinin mühasibi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
13.09.23 - 13.10.23

İş haqqında məlumat

  • Beynəlxalq mühasibat və vergi tələblərinə uyğun mühasibat uçotunun aparılması;
  • Fondun büdcə daxilolmaları və vəsaitlərinin çıxarılmasının cari vəziyyəti haqqında gündəlik hesabatların hazırlanması;
  • Qanunvericiliyə uyğun olaraq Vergilər Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Dövlət Sosial Müdafiə Fonduna dövri hesabatlar təqdim etmək;
  • Aylıq, rüblük və illik investisiya və idarəetmə hesabatlarının hazırlanması;
  • Fondun törəmə müəssisələrinin büdcələrini hazırlamaq və onun rüblük icrasına nəzarət etmək və rəhbərlik üçün hesabat hazırlamaq;
  • Audit prosesində müvafiq hesabatların hazırlanması ilə bağlı tələb olunan məlumat və sənədləri təqdim etmək;
  • Fondun və onun törəmə müəssisələrinin illik konsolidə edilmiş maliyyə hesabatlarının auditini və onların təhlilini təşkil etmək və əlaqələndirmək;
  • Vergi hesabatlarının hazırlanması;
  • İkiqat vergi tutmanın qarşısının alınması ilə bağlı sənədlərin hazırlanması;
  • Törəmə müəssisələrin vergi öhdəliklərinin yerinə yetirilməsinin monitorinqi;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər vəzifə və öhdəlikləri yerinə yetirmək.

Tələblər

  • Təhsil: Ali (Mühasibat, maliyyə və ya iqtisadiyyat sahələri üzrə);
  • Təcrübə: Mühasibatlıq sahəsi üzrə 3 ildən yuxarı;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək tələb olunur, rus dilini yaxşı səviyyədə bilmək arzuolunandır;
  • ACCA üzvü və ya tələbələrinə üstünlük verilir;
  • IFRS üzrə ICFM diplomu.