Xırdalan,
Azərbaycan
06.02.23
-
08.03.23
İş haqqında məlumat
- Hesabat sənədləri, mühasibat əməliyyatları üzrə sənədləşmənin rəsmiləşdirilməsi;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Müxtəlif mədaxil, məxaric orderlərinin, hesabat blanklarının və başqa rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi;
- İş sahəsi üzrə uçot sənədlərinin vaxtında və düzgün tərtib və təqdim edilməsi;
- Hesabat sənədlərinin qeydiyyatını aparılması;
- Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada onların arxivə verilməsi;
- Fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsi;
- Vəzifə öhdəliklərinə daxil olan digər işlərin yerinə yetirilməsi;
- Yemək şirkət tərəfindən;
- Şirkət nömrəsi və danışıq paketi;
- İş qrafiki: 5 günlük;
- İstirahət: Şənbə və Bazar günü;
- İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A.
Tələblər
- Təhsil: Minimum təhsil dərəcəsi-Bakalavr (İqtisadiyyat, Maliyyə, Müasibatlıq üzrə);
- Komputer bilikləri: MS Office (yaxşı);
- Dil bilikləri: Azərbaycan əla, rus və ya ingilis dili biliyi;
- Yaş: 23 – 30;
- Təcrübə: Minimum 1 il (müvafiq sahə üzrə);
- Mikro ERP və Günəş proqram bilikləri;
- Riyazi biliklər və analitik düşünmə bacarığı;
- Mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrləri haqqında biliklər;
- Müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodları üzrə biliklər;
- Maliyyə, vergi və digər hesabat formaları və onların tərtib edilməsi bacarığı;
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları üzrə nəzəri biliklər.
- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Məsuliyyətlilik;
- Ünsiyyətlilik;
- Komandada işləmək bacarığı.
Mühasib
Elanın müddəti bitmişdir