Bakı,
Azərbaycan
04.09.23
-
04.10.23
İş haqqında məlumat
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat, uçotunu təşkil etmək və nəzarət etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi;
- Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və DSMF-yə göndərilməsi;
- Şirkətə gələn mal alış sənədlərinin (qaimələrinin), müştərilərdən köçürmə yolu ilə cari hesaba daxil olan ödəmələrin müvafiq qaydada yoxlanılıb müvafiq proqrama daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
- Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
- Maliyyə-mühasibat göstəriciləri və maliyyə durumunu göstərmək üçün zəruri halda milli və ya beynəlxalq mühasibat uçotu standartları əsasında hesabatlar hazırlamaq;
- Nahar və telefon şirkət tərəfindən qarşılanır;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00.
Tələblər
- Təhsil: Ali (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- Kompüter bacarıqları: 1C 8.3 proqramında sərbəst işləmək bacarığı (mütləqdir), Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (mütləqdir);
- Vergi və əmək qanunvericilikləri üzrə məlumatlı;
- Beynəlxalq mühasibat uçotu standartlarını bilmək;
- Hər növ mühasibatlıq hesabatlarını hazırlamaq və mühasibat sahəsi üçün qanunvericilik aktlarını və normativ sənədləri bilmək;
- A.R. Vergi Məcəlləsini yüksək səviyyədə bilmək.
Mühasib
Tikinti və təmir