Buta Supply

Mühasib

1000 ₼
Tam iş günü
Bakı, Azərbaycan
25.08.23 - 24.09.23

İş haqqında məlumat

  • 1C (8.2-8.3) proqramında işləmə bacarığı;
  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin inventarizasiyası işlərini aparmaq;
  • Material anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və düzgün tərtib olunduğuna və sistemə işlənildiyinə nəzarət edilməsi;
  • Satış və anbar əməliyyatlarının daxil edilməsi;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini izlənilməsi;
  • Dövlət portallarından sərbəst istifadə etməli (e-gov.az, e-taxes.gov.az və s.);
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməli;
  • Daxili mühasibatlıq işlərinin görülməsi, (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s);
  • Ödəniş tapşırıqlarının internet banking vasitəsilə həyata keçirilməsi;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edilməsi;
  • Mühasibat sənədlərinin tərtibi, saxlanılıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsi;
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş edilmiş digər tapşırıqları yerinə yetirmək;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təhsil: Ali (maliyyə və mühasibatlıq üzrə);
  • Təcrübə: Maliyyə və mühasibatlıq sahəsi üzrə azı 1-3 il;
  • Kompüter bacarıqları: MS Office (Word, Excel, Outlook) (Excel – yüksək səviyyədə), “1C-mühasibatlıq” proqramında işləmə bacarığı (yüksək səviyyədə);
  • Mühasibat uçotunun hesablar planı ilə işləmə bacarığı (yüksək səviyyədə);
  • ACCA “Diploma in Accounting and Business” (F1-F3) və ya ekvivalent sertifikatının olması;
  • Mühasibat və maliyyə sahəsində yerli normativ-hüquqi qanunvericilik aktları;
  • Vergi sahəsi üzrə biliklər (arzu olunandır);
  • Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti;
  • Özünə inam və əminlik;
  • Yaxşı planlaşdırma bacarıqları;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik.


Oxşar vakansiyalar