Bakı,
Azərbaycan
24.08.23
-
23.09.23
İş haqqında məlumat
- Hesablarda (o cümlədən 1C proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
- Müəssisədə yazılmış maliyyə tələbnamələrinin və digər aidiyyatlı sənədlərin qeydiyyatını aparmaq, lazımi formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
- Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək və onları hesabı emala hazırlamaq;
- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
Tələblər
- Yaş: 25-40;
- Təhsil: Ali (iqtisadi);
- Təcrübə: 2-5 il;
- Dil bilikləri: Azərbaycan və rus dilləri;
- Kompüter bacarıqları: 1C proqramını və MS Office yaxşı səviyyədə bilməsi;
- İşə planlı yanaşmaq bacarığı;
- Yüksək ünsiyyət bacarığı;
- Nitq mədəniyyəti;
- Təmkinlilik, etibarlılıq, özünə inamlı;
- Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.
Mühasib
Tikinti və təmir