Sumqayıt,
Azərbaycan
21.08.23
-
20.09.23
İş haqqında məlumat
- Mühasibat hesabının mal-material üzrə əməliyyatları yerinə yetirmək;
- Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak etmək;
- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
- İş qrafiki: 6 günlük;
- İş yeri: Sumqayıt şəhəri, "MKT İK MMC"-nin Tekstil filialının Sumqayıt şöbəsi.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Sahə üzrə minimum 1 il;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
- Analitik, liderlik, qərar qəbuletmə və məntiqi düşünmə bacarıqları;
- AR mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək;
- Böyük təşkilatlarda problemləri çarpaz funksionallıqla idarəetmə və həll etmə bacarıqları;
- Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan sənədlərin, mühasibat hesabatlarının tərtibi qaydasını bilmək, hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili, sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabatı sistemində əks olma qaydalarını bilmək.
- Vakansiya ilə maraqlanan şəxslər https://hr.mktcotton.com/az/job/muhasib-sumqayit-tekstil linkinə keçid edərək müraciət edə bilər.
Mühasib
Peşəkar xidmətlər