Bakı,
Azərbaycan
14.05.23
-
13.06.23
İş haqqında məlumat
- İşçilərin aylıq əmək haqqılarını hesablamaq;
- Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək;
- Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq;
- Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatları və son haqq-hesab ödənişlərini hesablamaq və ödənişini həyata keçirmək;
- DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsini icra etmək;
- Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
- Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;
- Bank və kassa əməliyyatlarının aparılması;
- E-qaimə fakturaların yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatları icra etmək;
- Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması.
Tələblər
- Təhsil: Ali (maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində);
- Təcrübə: Mühasibatlıq sahəsində ən azı 1-2 il;
- Kompüter bacarıqları: MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- Dil bilikləri: Azərbaycan dili əla səviyyədə, rus və ingilis dilləri orta səviyyədə;
- İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
- Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
- Vergi Məcəlləsi üzrə biliklər;
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti.
Mühasib
Ticarət