Bakı,
Azərbaycan
07.05.23
-
06.06.23
İş haqqında məlumat
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili və tranzaksiyaların sistemə işlənməsi;
- Daxil olan və xaric olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi;
- Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
- İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi.
Tələblər
- Təhsil: Ali (mühasibatlıq, maliyyə sahəsində bakalavr dərəcəsi);
- Təcrübə: Müvafiq sahə üzrə minimum 1 il;
- Kompüter bacarıqları: SAP proqramlarında işləmək bacarığı üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və rus dili üstünlükdür;
- Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı;
- Vergi Məcəlləsi, əmək məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
- Elektron hökümət portalı ilə işləmə qabiliyyəti;
- ACCA sertifikatlarından birinin olması üstünlükdür;
- Analitik düşünmə, müstəqil qərar vermə qabiliyyəti;
- Komandada işləmə, stressə dayanıqlı və problem həll etmə bacarığına malik olmalı;
- Tapşırıqların müəyyən olunmuş vaxtda dəqiq icra olunması.
Mühasib
Səhiyyə xidmətləri