Premium Mining

Mühasib

Ə/h razılaşma ilə
3083
Tam iş günü
Bakı, Azərbaycan
30.01.25 - 01.03.25

İş haqqında məlumat

  • Kreditorlarla hesablaşmaların aparılması, Kreditor cədvəlinin mütəmadi yenilənməsi, kreditor üzrə sənədləşmələri aparmaq, kreditor borcların yaranmasına və silinməsinə ciddi nəzarət edilməsi və yaranmış kreditor borcları 1C proqramına işləmək.
  • Vaxtaşırı kreditorlarla üzləşmə aktlarının tərtibi.
  • Hər rüb ÖMV bəyannaməsinin tərtib edilməsi və baş mühasibə təqdim edilməsi.
  • Aylıq ƏDV bəyannaməsinin verilməsi üçün əvəzləşmələrin tərtib edilib baş mühasibə təqdim edilməsi.
  • Müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir. Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır.
  • İşçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
  • Məzuniyyətlərin, ezamiyyətlərin, əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsinin, işçilərin son haqq-hesabının və s. hesablamalarının həyata keçirilməsi və ödəniş cədvəllərinə işlənilərək ödənişə hazır vəziyyətə gətirilməsi və internet banka yüklənməsi;
  • DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
  • Rüblər üzrə Vahid bəyannamənin hazırlanıb Vergi orqanına göndərilməsi;
  • İşçilərin əmək haqqı ilə bağlı bütün suallarının vaxtında cavablandırılması;
  • İşə gəlib-getmək üçün nəqliyyat servisi var;
  • İş rejimi: 5 günlük;
  • İş saatı: 09:00 – 17:00;
  • İş yeri Şıxov-da yerləşir.

Tələblər

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Ali təhsilli;
  • Microsoft Word, Excel, 1C;
  • Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron poçt ünvanına mövzu yerinə “mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Elanın müddəti bitmişdir