Bakı,
Azərbaycan
02.12.24
-
02.01.25
İş haqqında məlumat
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
- Vergi orqanları ilə yazışmalar;
- Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
- E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
- Vergi hesabatlarının (Əmlak, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
- Bank ödəniş tapşırıqlarının hazırlanması;
- Debitor və kreditor müştərilərlə üzləşmələrin aparılması, borcların təhlili, ödənişlərə nəzarət olunması;
- Daxili prosedur qaydalarına əsasən gündəlik satış əməliyyatlarına nəzarət;
- İş qrafiki: Həftə içi 5 gün, 09:00-dan 18:00-dək (Şənbə və Bazar istirahət günü).
Tələblər
- Təhsil: Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat);
- Tələblər: Bu sahədə ən azı 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və Rus dili;
- 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (satış);
- www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;
- Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Vakansiyaya müraciət üçün CV-nizi “Mühasib” mövzusu ilə qeyd edilmiş e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Mühasib
İKT