Baku Holiday Travel
1200 ₼ 318
Tam iş günü
Bakı, Azərbaycan
19.11.24 - 19.12.24

İş haqqında məlumat

  • Qanunvericiliyə və mühasibat uçotunun aparılması qaydalarına uyğun şirkətdə mühasibat uçotunu təşkili və təmini;
  • Müştərilər tərəfindən təqdim edilən ödənişlərin uçotu və onlara gündəlik nəzarət;
  • Borcların ödənilməsinə mütəmadi nəzarət və hesabatların hazırlanması;
  • Gündəlik pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların icrası, hesabatların hazırlanması, bank, kassa əməliyyatlarının uçotu;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyət və s. ödənişlərin həyata keçirilməsi, arayışlar və digər əlaqədar sənəd dövriyyəsinin təşkili;
  • Bank əməliyyatlarının icrası, hesablar üzrə ödənişlərin həyata keçirməsi, e-qaimə, faktura və s. sənədlərin tərtibi və icrası;
  • Tələb olunan şirkətdaxili statistik hesabatları hazırlamaq;
  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil;
  • İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası);
  • Elektron qaimələrin yazılması və bununla əlaqədar satış,tender sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması; 
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
  • İş qrafiki 5 günlük iş rejim
  • Ünvan: Altes plaza

Tələblər

  • Təhsil : ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
  • Beynəlxalq sertifikatların (ACCA F3, F7,) olması əlavə üstünlükdür;
  • İş təcrübəsi : müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
  • MS Office proqramlarının istifadəsi üzrə biliklər;
  • Dil biliyi: Azərbaycan dili səlis, İngilis dili yaxşı səviyyədə;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Müştərilər ilə peşəkar kommunikasiya bacarıqları;
  • Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde "Mühasib" qeyd edərək CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar