HRin Recruiting

Mühasib

800 - 1000 ₼
Tam iş günü
Bakı, Azərbaycan
15.05.24 - 14.06.24

İş haqqında məlumat

  • Bank və kassa əməliyyatlarının aparılması;
  • E-qaimələri və hesab fakturaları tərtib etmək;
  • Aylıq hesabatları tərtib etmək;
  • Şirkət daxili mühasibat uçotunu aparmaq;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyətlərin hesablanması və ödənilməsi;
  • DSMF, Statistika, Maliyyə, Məşğulluq və bütün növ Vergi (ƏDV, Mənfəət, Vahid bəyənnamə) hesabatlarını hazırlamaq;
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İşçilər haqqında məlumatların məlumat bazasına işlənilməsini, lazımı dəyişikliklərin daxil edilməsini təmin etmək;
  • Öhdəlikləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər işləri icra etmək;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00-18:00.

Tələblər

  • Təhsil: Ali təhsil ( müvafiq sahə üzrə olması arzuolunandır);
  • Təcrübə: Müvafiq sahə üzrə 2 ilə qədər;
  • Dil bilikləri: Azərbaycan dili səlis ( rus və ingilis dili biliyi arzuolunandır);
  • Kompüter bilikləri: Ofis proqramlarından sərbəst istifadə bacarığı;
  • Vergi məcəlləsi, mühasibat uçotu üzrə ilkin nəzəri biliklər;
  • E-gov.az, e-taxes.gov.az, ƏMAS və digər portallardan istifadə etmək bacarığı;
  • Ünsiyyət qurmaq, fikirlərini ifadə etmək bacarığı;
  • Dəqiq və məsuliyyətli;
  • Analitik düşünmə qabiliyyəti.


Oxşar vakansiyalar