"Azərbaycan Universiteti" MMC
Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
16.11.23 - 16.12.23

İş haqqında məlumat

•    Rəhbərliyin göstərişi ilə ödəniş tapşırıqlarını hazırlamaq, təsdiqlənməsini və banka göndərilməsini təmin etmək; 
•    Bank çıxarışlarına əsasən köçürmə əməliyyatlarını 1C proqramına daxil etmək; 
•    Əlavə Dəyər Vergisi (ƏDV) üzrə depozit sub - hesaba nəzarət etmək, ödəmə planına uyğun olaraq köçürmə əməliyyatlarının vaxtında aparılmasını təmin etmək; 
•    Alınan mal-materiallar, görülən iş və xidmətlər üzrə müqavilələrin, hesab-fakturaların reyestr cədvəlini hazırlamaq; 
•    Hər iş günü bankla əlaqə saxlayıb əvvəlki günün sonuna bank hesabı üzrə qalığı, ödənişlərin statusu və daxilolmalar barədə məlumatı əldə etmək; 
•    Vergi bəyannamələri barədə müvafiq məlumatları (Excel) cədvələ daxil etmək və aparıcı mühasibə təqdim etmək; 
•    Ezamiyətlərin qeydiyyat reyestrini hazırlamaq; 
•    Tələb olunan pul vəsaiti üçün avans tələbi formları hazırlamaq və müvafiq qaydada təsdiqlənməsini təmin etmək; 
•    Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin ümumi yığıncağının və elmi şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək; 
•    Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. 

Tələblər

•    Təhsil: Bakalavr (Mühasibatlıqla əlaqəli ixtisas üzrə);
•    Təcrübə: Mühasibatlıq sahəsində 5 ildən az olmayaraq;
•    Dil bilikləri: Azərbaycan dili, rus və ingilis dili (arzuolunandır);
•    Kompüter bacarıqları: MS Office proqramları, 1C;
•    Mühasibat uçotu haqqında qanunvericiliyi, Vergi qanunvericiliyini; 
•    Maliyyə hesabatlarının formasını və aparılma qaydalarını, mühasibatlıqda tətbiq olunan elektron proqramları; 
•    Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını bilməli.
•    Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər.



Oxşar vakansiyalar