Allprint

Mühasib

700 - 900 ₼
Tam iş günü
Bakı, Azərbaycan
15.11.23 - 15.12.23

İş haqqında məlumat

  • Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar;
  • Vergi orqanları ilə yazışmalar;
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
  • E-qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
  • E-portal proqramı ilə işləmək bacarığının olması;
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
  • Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
  • DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi;
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
  • BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Cinsi: Xanım;
  • Kompüter bacarıqları: 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.), Word, Excel düsturlarla uçotun tətbiqi;
  • Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) aktlarına dair bilik;
  • Mühasibat uçotu standartlarının(qaydalarının) tətbiqi;
  • Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi, BTP proqramı üzərindən mənfəət vergisi, ƏDV, gəlir vergisi, ÖMV, sadələşdirilmiş vergi, torpaq-əmlak vergisi və s. bəyannamələrin tam şəkildə tərtib etmək;
  • Maliyyə uçotu standartlarına əsasən Maliyyə hesabatlarının Balans, PL (Mənfəət və Zərərin hesabatı), Cash Flow (Pul vəsaitlərinin hərəkəti hesabatı), Kapitalın hərəkəti hesabatının tərtib etmə və analiz edə bilmə;
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı.