Azersun Holding

Müfəttiş köməkçisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
24.04.24 - 24.05.24

İş haqqında məlumat

  • Şirkət məhsullarının saxlandığı anbarlarda, sərgiləndiyi sahələrdə məhsulların saxlanma vəziyyətlərini yoxlayaraq nəticələrini məruzə etmək;
  • Şirkət və səlahiyyətli satıcıların anbarlarında məhsulların fiziki miqdarlarını yoxlayaraq nəticələrini məruzə etmək;
  • Müştərilər ilə bağlanmış olan müqavilələrin şərtlərinin müştəri tərəfindən yerinə yetirilməsinə nəzarət edərək nəticələrini məruzə etmək;
  • Müştərilərdəki kredit borc qalıqlarının doğruluğunu kontrol edərək nöqsanların ortadan qaldırılması üçün məruzə etmək;
  • Satış nöqtələrində həyata keçirilən satış aksiyalarının aksiya şərtlərinə uyğunluğunu yoxlayaraq nəticəsini yazılı olaraq məruzə etmək;
  • Müştərilərdə olan şirkət avadanlıq və reklam vasitələrinin məqsədə uyğun istifadə olunub-olunmadığını yoxlayaraq nəticəsini yazılı olaraq məruzə etmək;
  • Müştərilərə mal daşımalarında istifadə olunan nəqliyyat vasitələrinin malların təhlükəsiz daşınmasına uyğunluğunu yoxlayaraq nəticələrini yazılı olaraq məruzə etmək;
  • Müştərilərə təhvil verilən malların doğruluğunu müştəri məlumatları əsasında yoxlayaraq məruzə etmək;
  • Anbarlarda həyata keçirilən məhvetmə prosesinə ümumi nəzarəti həyata keçirmək;
  • Satış işçilərinin satışla bağlı performanslarını ölçmək;
  • Bazar araşdırmaları həyata keçirərək nəticələrini məruzə etmək.

Tələblər

  • Təhsil: İqtisadiyyat, maliyyə sahəsində ali;
  • Təcrübə: Daxili audit sahəsində 1 il iş təcrübəsi;
  • Dil bilikləri: İngilis, Rus dillərini bilməsi arzu olunandır;
  • Kompüter bacarıqları: Yüksək səviyyədə MS Office proqramlarından istifadə biliyi (xüsusilə excel);
  • Daxili audit ilə əlaqadar sertifikatlar arzuolunandır;
  • Analitik düşüncə və ünsiyyət bacarıqları olmalı;
  • Ezamiyyətlərə əngəl halları olmamalıdır.


Oxşar vakansiyalar