Ultra Technologies

Monitorinq sistemlərinin quraşdırılması və idarə edilməsi üzrə mütəxəssis

1000 - 1800 ₼ 87
Tam iş günü
Bakı, Azərbaycan
08.08.24 - 07.09.24

İş haqqında məlumat

  • Müxtəlif monitorinq sistemlərinin (Zabbix, Nagios, Prometheus və s.) quraşdırılması və idarə edilməsi.
  • Monitorinq sistemlərinin konfiqurasiyası və onların tələblərə uyğunlaşdırılması.
  • Serverlərin, şəbəkə cihazlarının, tətbiqlərin və verilənlər bazalarının izlənməsi.
  • Resurs istifadəsinin optimallaşdırılması və potensial problemlərin müəyyənləşdirilməsi.
  • Kritik həddlərə uyğun alarm və bildirişlərin konfiqurasiyası.
  • Alarm və bildirişlərin doğruluğunu və effektivliyini təmin etmək üçün müntəzəm olaraq yoxlamalar aparılması.
  • Monitorinq nəticəsində aşkar olunan problemlərin araşdırılması və həll edilməsi.
  • Problemlərin kök səbəblərinin analizi və təkrarının qarşısının alınması üçün tədbirlər görülməsi.
  • Sistem performansının təhlili və təkmilləşdirilməsi üçün tövsiyələrin verilməsi.
  • Performansla bağlı məlumatların toplanması və analiz edilməsi.
  • Monitorinq proseslərinin avtomatlaşdırılması üçün skriptlərin və alətlərin hazırlanması.
  • Mövcud monitorinq həllərinin təkmilləşdirilməsi və yeni həllərin inkişaf etdirilməsi.
  • Monitorinq məlumatlarının analiz edilməsi və müntəzəm hesabatların hazırlanması.
  • Performans və iş yükü haqqında idarəçilərə dəqiq və faydalı məlumatların verilməsi.
  • Digər IT komandaları ilə sıx əməkdaşlıq edərək, monitorinq işlərinin koordinasiyası.
  • Şirkətin monitorinq ehtiyaclarını qarşılayan həllər üzərində birgə işlər görülməsi.
  • İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü).

Tələblər

  • Təhsil: Ali və ya orta ixtisas təhsili;
  • Tələblər: Bu sahədə ən azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan (Rus dili arzu olunandır,  ingilis dili texniki səviyyədə).


Elanın müddəti bitmişdir