Sinteks Group

Moda stilisti

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
19.04.24 - 19.05.24

İş haqqında məlumat

  • Məhsulları fotosessiya üçün brend və kolleksiyaya görə təhlil edir və ən uyğun kompozisiyanı seçir;
  • Seçilmiş məhsulların məhsul təsvirinə və e-ticarət platformasında mövcud olmasını təmin edir;
  • Model seçilməsində iştirak edir;
  • Seçilmiş paltarın modellərə uyğun olmasını təmin edir;
  • Tələb olunan görünüşə nail olmaq üçün geyimlərə lazımi dəyişikliklər və ya düzəlişlər edir;
  • Brendlərin təlimatlarına və xüsusi tələblərinə uyğun olması üçün hər bir fotosessiyada modelləri geyindirir və stilizə edir;
  • Qüsursuz və vahid görünüş yaratmaq üçün saç, makiyaj və aksesuarlar kimi detallara diqqət yetirir;
  • Fotosessiyalar üçün istifadə olunan geyim və aksesuarların müvafiq mövcüdluğunu təmin edir;
  • Ehtiyac olduqda yeni geyim və aksesuarların alışını edir;
  • Uğurlu fotosessiyanı təmin etmək üçün fotoqraflar, vizajistlər, saç stilistləri və digər komanda üzvləri ilə sıx əməkdaşlıq edir;
  • Hər bir layihə üçün ümumi görünüşü uyğunlaşdırmaq üçün yaradıcı direktorla sıx əlaqə saxlayır;
  • Komandanın bacarıqlarını yüksəltmək, mövcud olan yeni və inkişaf etməkdə olan texnologiyalardan xəbərdar olmaq üçün bilik mübadiləsi seminarları və təlimləri təmin edir;
  • Geyim və aksesuarların qırış, ləkəli və ya zədəli olmamasına əmin olmaq üçün müntəzəm yoxlamalar aparır;
  • Məhsulların ümumi görünüşünün brend prestijinə və dəbdəbəsinə uyğun olmasına əmin olmaq üçün retuş edilmiş fotoşəkilləri yoxlayır.

Tələblər

  • Təhsil: Ali təhsil arzuolunandır;
  • Təcrübə: Moda stilisti və ya ona oxşar təcrübə;
  • Fotoqrafiya anlayışları;
  • Moda industriyası və trendlər haqqında biliklər.


Oxşar vakansiyalar