AzInTelecom MMC

Məzmun üzrə aparıcı mütəxəssis

Ə/h razılaşma ilə 31
Tam iş günü
Bakı, Azərbaycan
11.07.24 - 10.08.24

İş haqqında məlumat

  • Hədəflənmiş auditoriyaya və marketinq məqsədlərinə təsirli şəkildə çatmaq üçün kontent strategiyalarının hazırlanması və tətbiq edilməsi;
  • Bloqlar, veb saytlar, video və sosial media da daxil olmaqla müxtəlif platformalar üçün məzmun yaradılması;
  • Yaradılmış məzmunun ingilis və rus dillərinə adaptasiya olunması;
  • Kontent daxilində SEO və SMO üzrə tələblərin yer aldığından əmin olunması;
  • Məzmun məqsədlərini düşünmək və müəyyənləşdirmək üçün dizayn komandası ilə mütəmadi əməkdaşlıq;
  • Kontent kalendarların mütəmadi olaraq idarə edilməsi və kontentin aidiyyatı rəqəmsal platformalarda yer aldığından əmin olunması;
  • Kontent trendlərini, müştəri tələblərini və kontent üzrə yeni texnologiyaların gündəlik olaraq izlənilməsi və tətbiq edilməsi;
  • Şirkətin veb saytının mövcud vəziyyətin təhlili və təkmilləşdirilməsi üçün təkliflərin irəli sürülməsi;
  • Reklamların effektivliyini artırmaq üçün müxtəlif formatlarda kontent yaradılması.

Tələblər

  • Təhsil: Ali təhsil (Marketinq, jurnalistika sahəsi üzrə);
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilisi dili – əla, Rus dili - əla;
  • Kompüter bacarıqları: Microsoft Office proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • CMS-lərdə işləmə bacarığı;
  • SEO alətləri (SemRush və s.) ilə işləmə bacarığı;
  • Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı;
  • Analitik düşünmə və araşdırma qabiliyyətinin olması;
  • Texnoloji yeniliklər barədə məlumatlı olmaq üstünlükdür;
  • Komanda ilə işləmə bacarığı.