Gabala Hospitality Group

Məzmun (kontent) mütəxəssis

Ə/h razılaşma ilə 41
Tam iş günü
Qəbələ, Azərbaycan
05.09.24 - 05.10.24

İş haqqında məlumat

  • Şirkətin/marakaların qısa və uzunmüddətli marketinq hədəflərinə çatması üçün kontent strategiyasının hazırlanması və icra edilməsi;
  • Kontent yaradılması (istehsalı) prosesinin planlanması və icra edilməsi. Kontent yaradılmasına cəlb olunan komandaların koordinasiyası;
  • Kampaniya mesajlarının brend standartlarına uyğun şəkildə müəyyən olunması, kampaniya materiallarının hazırlanması;
  • Brend standartlarına tam hakim olmaq və marketinq kommunikasiyalarında bu standartların qorunmasının təmin edilməsi;
  • Marketinq kommunkasiyaları istiqamətində trendlərin izlənilməsi və onları tətbiq edərək kontent planın yenilənməsi;
  • İnfluencer-lər, tərtəfdaşlar və digər kontent yaradıcları ilə əlaqələrin qurulması, onlarla əməkdaşlıqların koordinasiya edilməsi;
  • Vebsayt trafiki, SEO, PPC, "engagement" və digər göstəriciləri təhlil edərək kontent planın effektiv şəkildə tərtib edilib, yenilənməsi;
  • Sahə ilə bağlı mövzuları araşdırmaq və müxtəlif kommunikasiya kanalları üçün yeni maraqlı, unikal və cəlbedici kontentlər yaradılması;
  • Satış və əməliyyat şöbələri ilə sıx ünsiyyətdə olub birgə çalışmaq;
  • Kontent təqviminin hazırlanması və materialların bu təqvimə uyğun yayımlanmasının təmin edilməsi;
  • Kontent bazasının davamlı olaraq audit edilməsi, boşluqlar və çatışmazlıqları müəyyən edib aidiyyatı üzrə aradan qaldırılması;
  • Rəsmi vebsayt və digər onlayn satış profillərində məlumatların düzgünlüyünün təmin edilməsi;
  • Kontent bazasının sistemləşdirilməsi və idarə edilməsi;
  • Marketinq əməliyyatlarına aid digər tapşırıqların icrası.
  • 5 günlük iş həftəsi;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Korporativ mobil nömrə və danışıq limiti.
  • Əmək haqqı: Müsahibə əsasında.

Tələblər

  • Marketinq, jurnalistika, filologiya və ya digər əlaqədar sahələr üzrə bakalavr təhsli. Əlavə sertifikatlar üstnlükdür;
  • Azərbaycan dilini peşəkar, İngilis dilini əla səviyyədə bilmək. Rus dili biliyi üstünlükdür;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət; təqdimat bacarığı;
  • Analiz və hesabat bacarığı;
  • Planlı, dəqiq və punktual olmaq;
  • Araşdırmaçı, öyrənməyə açıq, yaradıcı və innovativ xarakter;
  • Layihələrin idarə edilməsi, təşkilatçılıq, tapşırıqları prioritetləşdirmə bacarığı;
  • Komandada işləmək bacarığı.