Bakı,
Azərbaycan
16.09.24
-
16.10.24
İş haqqında məlumat
- Bütün mexaniki, kondisioner (qurğu və avadanlıqlar) və bütün digər tikinti xidmətlərinin istismarını və texniki xidmətini həyata keçirək;
- Həftəlik Mağazalara baş çəkmək, mexaniki nəzarətçilərə məsləhət vermək və onlara kömək etmək və mövcud resurslara uyğun olaraq texniki xidmətin vaxtında və texniki cəhətdən səmərəli şəkildə aparılmasını təmin etmək;
- Tikinti Layihələri üzrə Menecerin həvalə etdiyi bütün zəruri kiçik təkmilləşdirmə və yeni işləri yerinə yetirmək;
- Ehtiyat hissələrinin və sərf olunan materialların vaxtında və ehtiyat hissələrinin yüksək qiyməti nəzərə alınmaqla tələb olunmasını təmin etmək;
- İşçilərin mütəmadi olaraq qiymətləndirilməsini həyata keçirmək və müvafiq tövsiyələr vermək;
- Daim departament standartlarını təkmilləşdirməyə çalışmaq;
- Avadanlıqların nasazlıqlarını araşdırmaq və nasaz işin diaqnostikasını aparmaq; müştəriyə tövsiyələr vermək;
- Layihənin icrası zamanı mühəndis dəyişikliklərinə nəzarət etmək;
- Altsistem performansını və modifikasiya və ya təkmilləşdirmə tələblərini qiymətləndirmək üçün Tikinti Rəhbərliyinə ətraflı texniki hesabatlar təqdim etmək;
- Müştərilər, podratçılar, memarlar və digər layihə qrupunun üzvləri ilə bütün qarşılıqlı əlaqələrdə şirkəti təmsil etməkdən məsuldur;
- Obyektlərə mexaniki işlər üzrə xidmətin göstərilməsi üçün qrafiklər və üsullar yaratmaq; resurs ehtiyaclarını müəyyən etmək; müvafiq idarəetmə heyəti ilə ehtiyacları nəzərdən keçirmək; resursları müvafiq olaraq bölüşdürmək;
- Binaların, infrastrukturların və obyekt avadanlıqlarının quraşdırılmasına, yoxlanılmasına, təmirinə, nasazlıqların aradan qaldırılmasına və gündəlik texniki xidmətə nəzarət etmək;
- Bütün qurğular və avadanlıqlar üçün profilaktik təmir və təhlükəsizlik yoxlama proqramlarını hazırlamaq və təşkil etmək.
- Ətraf mühit, sağlamlıq və təhlükəsizlik siyasətlərinə uyğun olaraq bina və qurğuların yaxşı vəziyyətdə saxlanmasına cavabdehdir;
- Müqavilə xidmətlərinin göstərilməsində podratçılarla əlaqələndirmək;
- Şikayətləri həll etmək üçün lazım olduqda düzəldici tədbirlər görmək;
- Şikayətlər qeyd olunmalı və həftəlik olaraq Tikinti Layihələri üzrə Menecerinə məlumat verilməlidir.
Tələblər
- Mexanika mühəndisliyi üzrə bakalavr və ya master dərəcə;
- Rus və ya ingilis dili biliyi (yazılı və şifahi ünsiyyət qurmaq səviyyəsində);
- Sənayedə 5-10 il iş təcrübəsi; Sənaye soyutma sahəsində;
- Mürəkkəb məsələləri texniki olmayan həmyaşıdlara və rəhbərliyə çatdırmaq bacarığı;
- Komanda da işləmək bacarığı, nəticə yönümlü, problem həll etmə qabiliyyətlər.
Mühəndislik
Ticarət
Elanın müddəti bitmişdir