MKT İstehsalat Kommersiya MMC
Ə/h razılaşma ilə
Tam iş günü
Saatlı, Azərbaycan
27.03.23 - 26.04.23

İş haqqında məlumat

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir;
  • İstehsalatın texniki hazırlığını təmin edir;
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir;
  • Təmirarası xidmət, təmirin vaxtında və keyfiyyətlə keçirilməsinə, qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir;
  • Köhnəlmiş avadanlıqları, obyektləri müəyyən edir və baş mühəndisə məruzə edir;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir;
  • Şöbənin işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə üzrə 1 il;
  • Müəssisədə təmir xidmətinin təşkili, avadanlıqların istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi, onların istismar qaydaları;
  • Montaj və təmir metodları;
  • Avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydaları bilməlidir.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar