Azerconnect LLC

Mərkəzi dəstək üzrə mütəxəssis

Ə/h razılaşma ilə 141
Tam iş günü
Bakı, Azərbaycan
25.01.24 - 24.02.24

İş haqqında məlumat

  • Şəbəkə üzrə sifariş sorğularının yaradılması, yenidən yaradılması;
  • Düzəlişlərin olunması, təsdiq mərhələsinə nəzarət, alış sifarişlərinin yaradılmasına nəzarət etmək; 
  • Yaradılmış sifariş sorğularının statusu barədə daxili sorğuçulara müvafiq sistem üzərindən məlumat vermək;
  • Sabit şəbəkənin sənədlərini idarə etmək: Sənədlərin maliyyə şöbəsinin tələblərinə, müvafiq alış sifarişinə uyğunluğunu yoxlamaq, sənədlərin müvafiq sistem üzərindən qeydiyyatdan keçirilib daxili sorğuçular tərəfindən təsdiqlənməsini təmin etmək və maliyyə şöbəsinə təqdim etmək, ödəniş prosesini izləmək, problemli məslələri həll etmək əks halda rəhbərliyə məlumat vermək;
  • Açıq öhdəlikləri və satınalmaları bağlamaq;
  • Maliyyə şöbəsinə görülmüş işlər barəsində aylıq hesabatlar təqdim etməyə dəstək olmaq, il sonu maliyyə hesabatlarını bağlamaq üçün lazım olan analizləri hazırlamağa dəstək olmaq;
  • Texniki layihə idarəetməsi heyətinə dəstək göstərmək, sifariş sorğuları, alış sifarişləri, hesablar və təhvil təslim aktları, onların statusları barədə məlumat təqdim etmək;
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən şifahi, yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur, siyasət, təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək. 

Tələblər

  • Təhsil: Hər hansı sahə üzrə magistr və ya bakalavr dərəcəsi;
  • Təcrübə: Sənədlərlə iş, uçot hesabatı və ya telekommunikasiya sahələrində ən azı 1 il;
  • Kompüter bacarıqları: MS Office proqramlarını yaxşı bilmək;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), ingilis dili (orta) və rus dili (üstünlükdür);
  • Büdcə haqqında anlayışlı olmaq;
  • Güclü analitik bacarıqlar;
  • Mürəkkəb məsələləri, problemləri müəyyən etmək və həll etmək bacarığı;
  • Komanda işi və əməkdaşlıq etmə bacarığı;
  • Məlumat bazasının yaradılması və idarə edilməsi; 
  • Təzyiq altında işləmək və işi vaxtında yerinə yetirmək.
  • Vakansiya ilə maraqlanan şəxslər https://fa-emfh-saasfaprod1.fa.ocs.oraclecloud.com/hcmUI/CandidateExperience/en/sites/CX_1007/job/858/share/300000175881529?utm_medium=jobshare linkinə keçid edərək müraciət edə bilər.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar