North West Construction

MEP üzrə menecer

Ə/h razılaşma ilə 118
Tam iş günü
Bölgələr, Azərbaycan
04.11.24 - 04.12.24

İş haqqında məlumat

  • Layihələrin sahədəki tikinti fəaliyyətinə rəhbərliyi həyata keçirmək;
  • Tikinti fəaliyyətinin layihəyə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək;
  • Tabeçiliyində olan işçi heyətini və subpodrat şirkət heyətini layihə hədəfi doğrultusunda idarə etmək;
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək;
  • Faktiki yerinə yetirilən iş həcmlərinin forma 2 üçün toplanılması;
  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi;
  • Havalandırma, ventilyasiya, isitmə-soyutma sistemlərinin icra cizgilərinin hazırlanması (shop drawings);
  • Havalandırma, ventilyasiya, isitmə-soyutma sistemlərinin BOQ ların hazırlanması, satınalma prosesində tələb olunan spesifikasiyaların müəyyən olunması;
  • MEP üzrə layihələrin analiz olunması, memarlıq, konstruksiya, elektrik və digər bölmələrlə uzlaşmasını nəzarətdə saxlamaq;
  • MEP sistemlərinin sınaqların təşkil, prosedurlarının hazırlanması, səndələşmənin aparılması;
  • Sahəyə gələn materialların spesifikasiya və layihəyə uyğunluğunun yoxlanılması;
  • Yerinə yetirilən işlərin layihə sənədlərinə, layihənin genel konsepsiyasına,beynəlxalq və yerli  təcrübədən qaynaqlalnan ümumi qəbul edilmiş prinsiplərə uyöunluğunu yoxlanılması, lazım gəldikdə müvafiq təkliflərin verilməsi;
  • Layihənin reallaşdırılmasının iş planına müvafiq olmasının təşkil edilməsi, tələb olunduqda iş planını hazırlamaq;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqinin icra olunması;
  • Layihələr üçün “Method Statement” hazırlanması;
  • Müasir texnologiyaların izlənilməsi, layihələrdə tədbiq olunması;
  • Rəhbərliyi tərəfindən qoyulmuş bütün vəzifələri yerinə yetirmək.

Tələblər

  • Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi;  
  • Mexanika mühəndisliyi üzrə ali təhsil; 
  • İşçi layihələrin bütün bölmələrinin oxuma bacarığı; 
  • Kompyuter biliyi:  MS Ofis proqramları, AutoCad;
  • Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər; 
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar