Pizza Mizza

Menecer köməkçisi

500 - 600 ₼
Tam iş günü
Bakı, Azərbaycan
18.01.23 - 17.02.23

İş haqqında məlumat

  • Restoranın işçi heyətinə rəhbərlik edir;
  • İşçilər arasında onların vəzifə öhdəliklərinə uyğun iş bölgüsü aparır;
  • Həftəlik iş qrafiki tərtib edərək işçilərə və İR şöbəsinə təqdim edir;
  • Yeni işçilərə prosedura uyğun təlim keçir və təyin edilmiş vaxtda dəyərləndirmə cədvəlini əməliyyat şöbəsinə təqdim edir;
  • Filialın satış göstəricilərinin artması istiqamətində təkliflər irəli sürür və müvafiq tədbirlər görür;
  • Təlimlər haqqında aylıq hesabatı müvafiq formada İR şöbəsinə təqdim edir;
  • Gündəlik inventarizasiyanı həyata keçirir;
  • Nizam- intizam qaydaları haqqında mütəmadi olaraq təlim keçir, iclaslarda müzakirə edir və əməl olunmasını tələb edir;
  • Məhsulların itirilməsi və ya zədələnməsinin qarşısını alır;
  • Ümumi səliqə-səhmanının qorunub saxlanılmasına cavabdehdir;
  • Ümumi fəaliyyəti haqqında tələb olunan bütün hesabatları hazırlayıb təqdim edir;
  • Post-terminal, dövlət kassası, kompyuter və digər avadanlıqların işlək vəziyyətdə olmasına cavabdehdir;
  • Post terminallar və kassa üçün lazımı kağızların tədarükünü görür.

Tələblər

  • Təhsil: Ali;
  • Yaş 25-35;
  • Təcrübə: Müvafiq sahədə minimum 1-3 il;
  • Dil bilikləri: Azərbaycan və rus dili (ingilis dili arzuolunandır);
  • Kompüter bacarıqları: Ofis proqramlarını bilməli;
  • Komandada işləmək bacarığı;
  • Stresə davamlı, gülərüz, punktual, məsuliyyətli;
  • İdarə etmə bacarıqları.


Elanın müddəti bitmişdir