Aztelekom

Memar mühəndis

Ə/h razılaşma ilə 68
Tam iş günü
Bakı, Azərbaycan
09.02.24 - 10.03.24

İş haqqında məlumat

  • Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;
  • Layihənin icrası zamanı mövcud dəyişikliklərə düzəlişlər etmək;
  • Layihə-smeta sənədlərinin vaxtında təhvil verilməsini təmin etmək;
  • Obyektə ilkin baxış keçirmək və ölçü vərəqəsində qeydlər etməklə ölçü işlərini aparmaq;
  • Layihələrin vaxtında və büdcə daxilində çatdırılmasını təmin etmək üçün konseptuallaşdırmadan tamamlamaya qədər dizayn işlərini icra etmək;
  • Eskiz və işçi layihələrini hazırlamaq;
  • İlkin eskizin, cizginin əl ilə və yaxud müvafiq kompüter proqramları vasitəsilə hazırlanmasını təmin etmək;
  • İlkin eskiz, cizgini aidiyyəti şəxslərlə müzakirə etmək və razılaşdırmaq;
  • Mürəkkəb dizayn məsələlərini həll etmək;
  • Layihələrin memarlıq hissəsini hazırlamaq və fasadları yığmaq;
  • Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətini həyata keçirmək, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək;
  • Memar - dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasına köməklik göstərmək;
  • Rəhbərliyin vəzifə ilə bağlı müvafiq tapşırıqlarının yerinə yetirilməsini və təhvil verilməsini təmin etmək.

Tələblər

  • Təhsil: Memarlıq sahəsi üzrə ali təhsil;
  • Təcrübə: Sahə üzrə ən az 3 il;
  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli, İngilis və Rus dilləri arzu olunandır;
  • Kompüter bacarıqları: MS Office, AutoCad, Archicad, 3DsMax,  proqramlarında professional səviyyədə işləmə bacarığı (Lumion, Revit, SketchUp arzu olunandır);
  • Portfolionun olması arzuolunandır;
  • Memarlıq layihələri, eskiz, baş plan, işçi layihələrin hazirlanmasını yaxşı səviyyədə bilməli.


Elanın müddəti bitmişdir