Kristal Abşeron

Memar dizayner

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
02.02.24 - 03.03.24

İş haqqında məlumat

  • Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin etmək;
  • Layihələrin memarlıq və dizayn hissəsinin işlənib hazırlanmasını həyata keçirmək;
  • Seçilmiş dizayn üslubundan istifadə etməklə, qrafik dizayn ideyaları təqdim etmək;
  • Müvafiq proqram təminatı vasitəsilə tikiləcək obyektin vizual dizayn konsepsiyasını hazırlamaq;
  • Layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunu təmin edərək vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, qrafik dizaynlar hazırlamaq;
  • Layihənin vizualizasiyası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərini nəzərə almaq, onların texniki şərtnaməsini və spesifikasiyalarını hazırlamaq;
  • Eskiz layihəni aidiyyəti şəxslərlə müzakirə etmək və razılaşdırmaq;
  • Tikintinin layihələndirilməsində aidiyyəti şəxslərlə birgə işləmək;
  • Baş memarın tələblərini və tapşırıqlarını məsuliyyətlə yerinə yetirmək;
  • İş qrafiki: 6 günlük.

Tələblər

  • Təhsil: Memarlıq sahəsi üzrə ali (mütləqdir);
  • Təcrübə: Müvafiq sahədə ən azı 2 il;
  • Kompüter bacarıqları: 3Ds max, Sketch Up, Autocad proqramlarında peşəkar işləyə bilməli, Archicad Lumian bilməyi üstünlükdür;
  • Tikinti normaları, qaydaları, bilmək mütləqdir;
  • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
  • Obyektə ilkin baxış və ölçü işlərinin aparılması;
  • İlkin eskiz layihənin hazırlanması;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar