Kontinent İnşaat
Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
03.02.23 - 05.03.23

İş haqqında məlumat

  • Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasına texniki rəhbərliyi həyata keçirir;
  • Şəhərlərin, müəssisələrin, bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak edir;
  • Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələşdirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin edir;
  • Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik edir;
  • Layihə axtarış işlərinin aparılmasında sifarişçilərlə və subpodrat təşkilatlarla müqavilə bağlamaq üçün sənədlər hazırlayır;
  • Tədqiqat axtarış işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak edir;
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin edir;
  • Yuxan təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak edir;
  • Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarət edir, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edir;
  • Layihələşdirməyə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak edir;
  • Yerinə yetirilmiş işlər haqqında elmi-texniki hesabatın bölmələrini tərtib edir;
  • Layihələşdirmə və tikintidə olan qabaqcıl təcrübəni öyrənir;
  • Səmərələşdirici təkliflərə və ixtiralara, eləcə də layihələşdirmə və tikintiyə aid olan normativ materialların layihələrinə rəy verir.

Tələblər

  • Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı;
  • Kompyuter bacarıqları: Archicad, Autocad, 3D Max, Word, Excel və İnternetdə işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti;
  • İdarəetmə və qərar qəbul etmə qabiliyyəti;
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
  • Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti.


Elanın müddəti bitmişdir