Kəlbəcər,
Azərbaycan
11.09.24
-
11.10.24
İş haqqında məlumat
- Təhkim olunduğu layihələrin bütün mərhələlərində memarlıq üzrə layihələndirmə prosesinin idarəedilməsini təmin etmək;
- Layihələndirmə prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək;
- Tikintinin istehsalat prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək;
- Layihənin təhvil-təslim prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarətetmək;
- Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;
- Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;
- Yerində ölçü alımlarına və metraj hazırlanmasına töhfə vermək;
- Layihələrin və baş planların lazımi düzəlişlərinin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun işləyib hazırlamaq;
- Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək;
- İş yeri: Kəlbəcər rayonu.
Tələblər
- İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Müasir tikinti norma və qaydalarını bilmək;
- Archicad, Autocad proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Komandada işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
Mühəndislik
Tikinti və təmir