Bakı,
Azərbaycan
14.11.23
-
14.12.23
İş haqqında məlumat
- A-dan Z-yə müştəri təcrübəsinin tam sahibliyi və idarə edilməsi;
- Gəlir və Müştəri Təcrübəsi KPI-lərinə birbaşa cavabdehlik;
- Telekommunikasiya sahəsi üzrə məhsul və xidmətlər üzrə proqnoz vermək və biznes keysləri həyata keçirmək;
- İT, texniki, müştərilərlə əlaqələr, satış və digər müvafiq departamentlərlə əməkdaşlıq edərək xidmət dizaynının yaradılması və təkmilləşdirilməsi;
- Çevik və sinergik korporativ mühitdə müştərilərin və daxili maraqlı tərəflərin biznes məqsədləri ilə yaxından işləmək;
- Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də “Time to Market” strategiyanın icrası;
- Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması;
- Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
- Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının təşkili və aparılması (NPS, Transactional NPS, Mystery shopping və s.);
- Online və offline kommunikasiya və satış kanallarının koordinasiyası və idarə olunması ve yeni kanalların yaradılması;
- Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi və müvafiq fəaliyyətlərin icra olunması.
Tələblər
- Təhsil: Biznes, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili (MBA və ya marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək);
- Təcrübə: Minimum 5 il (B2C və B2B);
- Kompüter bacarıqları: MS Office, yüksək səviyyədə MS Excel, PowerPoint, Outlook tələb olunur;
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və ünsiyyət bacarıqları (həm şifahi, həm də yazılı);
- 10 nəfərə qədər ibarət olan komanda idarəetmə təcrübəsi;
- Güclü liderlik və əməkdaşlıq qabiliyyəti;
- Sahiblik və biznes problemlərinin həllini fəal şəkildə tapmaq bacarığı;
- Məlumata əsaslanan analitik düşüncə tərzinə sahib olmaq;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
- Rəhbərlik qarşısında məlumatı effektiv şəkildə təqdim etmək bacarığı.
İnzibati, Biznes, İdarəetmə
Rabitə xidmətləri