AzəriMed QSC

Məhsul üzrə menecer

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
24.02.23 - 26.03.23

İş haqqında məlumat

  • Məhsulun satışının planlaşdırılması - bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması;
  • Cari bazar tendensiyalarının təhlil edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi;
  • Bazar araşdırmasının aparılması, yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması;
  • Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektiv baxımından məhsulun marketinq planlarının işlənib hazırlaması;
  • Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi;
  • Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması;
  • Mütəmadi olaraq təqdimatların aparılması, konfransların, dəyirmi masaların və vebinarların təşkili;
  • Əmək haqqından əlavə bonuslar;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00-dan - 18:00-dək.

Tələblər

  • Yaş: 20-45;
  • Təhsil: Tibb üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazma bacarığı, bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir (əlavə xarici dil biliyi üstünlükdür);
  • Kompüter bacarıqları: MS Office proqramları ilə işləmə bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Peşəkar ünsiyyət qurma bacarığı;
  • İnkişafa və öyrənməyə meyilli;
  • Analitik təfəkkür;
  • İşində dəqiq və məsuliyyətli;
  • Yüksək səviyyədə təqdimat bacarığı.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] mail ünvanına göndərə bilər.


Elanın müddəti bitmişdir