Bakı,
Azərbaycan
05.03.23
-
04.04.23
İş haqqında məlumat
- Məhsul üzrə müntəzəm daxili və xarici bazar araşdırması etmək, potensial rəqiblərin analizi;
- Bazar təlabatını və müştəri istəklərini təhlil etmək və onun əsasında tələblər listi formalaşdırmaq, backlogun formalaşdırılması və müntəzəm olaraq yenilənməsi;
- Bazar təlabatı üzrə prioritetlərin müəyyən edilməsi;
- Biznes üzrə müştərilərin biznes proseslərinin təhlili və məhsulun müştərilərin məhsul və xidmətlərində tətbiq edilmə üsullarının hazırlanması;
- Biznes proseslərin təhlil edilməsi və təsvir edilməsi;
- Backlogda toplanmış tapşırıqların komanda üzvlərinə, proqramçılara (developerlərə) ətraflı şəkildə izah edilməsi;
- Məhsulun dəyər gətirməsindən məsul şəxs olmaq;
- Scrum metodologiyasının tətbiq edilməsi;
- Bazarda baş verən dəyişikliklərə sürətli reaksiya verilməsi;
- Məhsulun roadmap-in hazırlanması;
- Məhsul üzrə uzunmüddətli vizyonun formalaşdırılması;
- Release və sprint planlamasının edilməsi;
- Deadline-ların müəyyən edilməsi və release-lərin vaxtında həyata keçirilməsi;
- Qiymət strategiyasının müəyyən edilməsi;
- Müştəri məmnuniyyət səviyyəsinin artırılması üçün lazımi tədbirlərin görülməsi;
- Böhran vəziyyətində (məhsulun dayanması, işləməməsi və sair) proseslərin idarə edilməsi;
- Marketinq şöbəsi tərəfindən hazırlanmış SMM post, press release, video çarx məzmunu və digər materiallar üzrə inputların təqdim edilməsi;
- Məhsulun hazırlanmasında iştirak edən bütün komanda üzvləri arasında şəffaf, düzgün kommunikasiyanın təmin edilməsi.
Tələblər
- Təhsil: Ali təhsil (biznes, marketinq, kompüter mühəndisliyi, İT və ya əlaqəli sahə üzrə);
- Təcrübə: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, ingilis dili – əla, rus dili - arzu olunan;
- Kompüter bacarıqları: PSPO, Jira, Figma, Draw.io, MS Office;
- Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı ilə liderlik bacarıqları;
- Analitika bacarığı;
- Q&A bacarığı;
- Kommunikasiya, təqdimat və liderlik bacarıqları;
- Effektiv vaxt idarə etmə bacarığı.
Menecment
Peşəkar xidmətlər