Bakı,
Azərbaycan
02.03.23
-
01.04.23
İş haqqında məlumat
- İstifadəçilər və texnologiyalar haqqında ətraflı biliyə əsaslanaraq məhsulun texniki həyat dövrünə rəhbərlik etmək;
- Məhsulun xüsusiyyətlərini və funksionallığını təmin etmək üçün proqramlaşdırma komandası tərəfindən həyata keçiriləcək işi təyin etmək, prioritetləşdirmək və qiymətləndirmək;
- Biznes dəyərinə uyğun olaraq məhsul bakloqunu formalaşdırmaq üçün analitika, dizayn, proqramlaşdırma da daxil olmaqla, çarpaz funksiyalı komandalar və maraqlı tərəflərlə işləmək;
- Məhsulun yol xəritəsindəki xüsusiyyətləri istifadəçi hekayələrinə çevirərək proqramlaşdırma komandasının məhsulu qavramasına yardımçı olmaq;
- Maraqlı tərəflərin tələblərini balanslaşdıraraq, təyin edilmiş məhsullar üçün sprint planlamasını prioritetləşdirmək;
- Məhsulun müştəriyə vaxtında çatdırılmasını təmin etmək üçün layihə menecerlərinə, maraqlı tərəflərə hesabat vermək;
- İşin həcminə və resurs tələblərinə əsaslanaraq büdcələrin hazırlanmasını dəstəkləmək;
- Tətbiqin təhvil verildikdən sonra təkmilləşdirmələrinin və istəniləcək yeni funksionallıqlarını nəzərdən keçirib icrasını planlamaq, yaranan texniki problemlərlə bağlı mütəmadı xəbərdalıqlar etmək.
Tələblər
- Təhsil: İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və İT biznes sahələri üzrə bakalavr dərəcəsi;
- Təcrübə: Proqram təminatı layihələrində məhsul sahibi, biznes analitik və ya bənzəri vəzifələrdə 3+ illik təcrübə;
- PSPO, CSPO, CSM kimi sertifikatlara sahib olmaq üstünlükdür;
- Kompüter bacarıqları: MS Office, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri yaxşı (yazı və oxuma);
- Güclü analitik və problem həll etmə bacarıqları;
- Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyəti;
- Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı;
- Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək;
- Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları;
- Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı;
- Komandada işləmə bacarığı;
- Ünsiyyət bacarığı;
- Güclü iş etikası;
- Detallara diqqət;
- SDLC bilikləri;
- Baza SQL bilikləri üstünlükdür.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
İnzibati, Biznes, İdarəetmə
Elanın müddəti bitmişdir