Xudat,
Azərbaycan
16.05.24
-
15.06.24
İş haqqında məlumat
- Müştəri istəklərini öyrənmək və istəkləri üzərindən müştəriyə modellər göstərmək;
- Müştərinin evinin ölçülərini (çertyojunu) almaq və ölçülərə uyğun modellər göstərmək;
- Sistemə uyğun qiymət təklifini hazırlamaq;
- Satışdan sonra müşterinin sifarişini təqib etmək;
- Müştəri malları təslim alanadək düzgün xidmət göstərmək;
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək;
- Kollektivdə mehriban və məsuliyyətli olmaq, komanda işi nümayiş etdirmək;
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
- Müqavilə: Əmək müqaviləsi;
- İş qrafiki: 6 günlük.
Tələblər
- Təhsil: Orta və ya ali təhsil;
- Yaş: 18-30;
- Təcrübə: Müxtəlif məhsul kateqoriyalarının (elektronika, məişət texnikası, ev üçün əşyalar və s.) satışı üzrə minimum 6 aylıq iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dilini əla səviyyədə bilmək;
- Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı;
- Aktiv satış bacarığı;
- Yüksək inandırıcılıq qabiliyyətinə sahib olmaq;
- Problemləri effektiv şəkildə həll etmək;
- Gərgin iş qrafikində işləmək və stresə davamlılıq.
Satış
Maşınqayırma və elektronika
Elanın müddəti bitmişdir