Bakı,
Azərbaycan
24.07.24
-
23.08.24
İş haqqında məlumat
- Vəzifənin əsas aspektlərinə müəssisənin məlumat modelinin bütövlüyünü davamlı şəkildə təmin etmək üçün məlumat profilinin yaradılması, məlumatların mənşəyi və metaməlumatların idarə edilməsi;
- Hər daxil edilmiş element üçün SOCAR Baş ofisindən material kodlarını əldə edilməsi;
- Məlumatların uyğunsuzluqlarını həll etmək və onlayn formatda çatışmayan məlumatları əldə etmək üçün orijinal sənəd ilə bağlı cavabdeh şəxslərlə işlənilməsi;
- Davamlı əməliyyatlar və layihə mərhələsinin tələbatları üçün yaratma, çeşidləmə, yoxlama, yeniləmə, hesabat vermə və saxlama daxil olmaqla, məlumatların daxil edilməsi ilə əlaqədar müəyyən edilmiş bütün tapşırıqların yerinə yetirilməsi;
- Əsas vəsaitlərin kapitallaşdırılmasını sürətləndirmək üçün layihələrlə əlaqədar məlumatların təhlil, təmizləmə və təşkil edilməsi;
- Rəhbərlik tərəfindən təsdiqlənmiş optimallaşdırma planına uyğun olaraq davamlı şəkildə ümumi daxil edilmə / çıxarılma protokolunun yerinə yetirilməsi;
- Məlumatların daxil edilməsi, istifadəsi və çıxarılması ilə əlaqədar məsələlərin və problemlərin toplamaq və kateqoriyaya ayırmaqla təchizat zənciri istifadəçisi qrupunun davamlı olaraq dəstəklənilməsi;
- Tələb olunduqda materiallara dair müvafiq məlumatların sənədlərin yeni elektron idarəetmə sisteminə (EDMS) köçürülməsinin təmin edilməsi və məlumatların tələb olunan formatda hazırlanılması;
- Müəyyən edilmiş serverdə dəqiqliklə saxlanılmalı və təmin edilməli məlumat fayllarının tərtib edilməsi, çeşidlənməsi, yoxlanılması və düzəldilməsi;
- Yerinə yetirilməmiş sorğuların qarşısını almaq üçün məlumatların müvafiq məlumat bazalarında dəqiq və vaxtında yenilənməsi;
- Məlumatların daxil edilməsi işləri üzrə statistik və məlumatlara dair hesabatların hazırlanılması.
Tələblər
- Dil bilikləri: Azərbaycan və ingilis dillərində səlis danışmaq qabiliyyəti;
- Kompüter bacarıqları: İT üzrə bilik, Excel proqramında işləmək bacarığı və elektron məlumatları idarə etmək qabiliyyəti;
- Təcrübə: Neft və qaz sektoruna üstünlük verilməklə, minimum 5 il iş təcrübəsi;
- Məlumatların idarə edilməsi, metaməlumatların təşkil edilməsi və arxitekturası üzrə bacarıqlar;
- SAP ERP (Materialların idarə edilməsi (MM) modulu) proqram təminatında güclü iş təcrübəsi;
- Yaxşı ünsiyyət və komanda daxilində işləmək bacarığı;
- Planlaşdırmaq bacarığı;
- Çoxsaylı tapşırıqları yerinə yetirmək və iş vaxtının idarə olunması bacarıqları, tapşırıqları prioritetləşdirmək qabiliyyəti;
- İşlərin icrasına məntiqi və sistematik yanaşma.
İnzibati, Biznes, İdarəetmə
Neft və qaz
Elanın müddəti bitmişdir