Azertexnolayn MMC

Marketoloq

Ə/h razılaşma ilə
Tam iş günü
Sumqayıt, Azərbaycan
22.07.23 - 21.08.23

İş haqqında məlumat

  • Şirkətin məhsul və ya xidmətinin istehlakçılar arasında nə qədər tələb olunduğunu öyrənmək;
  • Bazarda tələbin və potensialın dinamikasını qiymətləndirmək;
  • Rəqiblərlə müqayisəli təhlil aparmaq və qiymət araşdırmaları aparmaq;
  • Məhsula dair təklif verilməsi üçün istehlakçıya yönəlik məqsədyönlü bazar seqmetlərini müəyyən etmək;
  • Məhsula dair narazıçılıqları müəyyən edib, məhsula olan tələb, məhsulda olan narazıçılıq və uyğunsuzluqları aradan qaldırılması haqda rəhbərə məlumat vermək;
  • Qiymət siyasətini və rəqib brendlərə olan tələbatı araşdırmaq, təhlil aparmaq və rəgabətli olmaq üçün təkliflər vermək;
  • Dövlət və özəl şirkətlərin tenderlərini izləmək;
  • Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahədə minimum 2 il;
  • Kompüter bacarıqları: MS Office proqramlarından yüksək səviyyədə istifadə;
  • Dil bilikləri: İngilis dili, rus dili bilməsi üstünlükdür;
  • Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə).


Oxşar vakansiyalar