Lumegrand

Marketoloq

Ə/h razılaşma ilə 108
Tam iş günü
Bakı, Azərbaycan
02.10.24 - 02.11.24

İş haqqında məlumat

  • Pərakəndə və topdansatış seqmentində satışları artırmaq üçün marketinq strategiyasının hazırlanması;
  • Satış kanallarının axtarışı və tətbiqi: onlayn və oflayn platformalar, sosial şəbəkələr, tərəfdaşlarla əməkdaşlıq və s.;
  • Fərqli kanallardan (rəqəmsal, açıq hava reklamı, PR, kontent-marketinq, SMM, e-mail marketinq) istifadə edərək reklam kampaniyalarının planlaşdırılması və həyata keçirilməsi;
  • Məhsulların təşviqi proqramlarının hazırlanması və həyata keçirilməsi: aksiyalar, endirimlər, tədbirlər;
  • Marketinq fəaliyyətlərinin büdcəsinin idarə olunması, investisiya gəlirliliyinin (ROI) izlənilməsi;
  • Keçirilən kampaniyaların effektivliyinin təhlili və göstəricilərin yaxşılaşdırılması üçün tövsiyələrin hazırlanması;
  • Podratçılar, dizaynerlər, reklam agentlikləri ilə əməkdaşlıq;
  • Bazar, rəqiblər və trendlərin monitorinqi, dəyişikliklərə operativ reaksiya verilməsi;
  • Şirkətin ofisi şəhərin əlverişli yerində, müasir iş mühiti;
  • Əmək qanunvericiliyinə uyğun rəsmi sənədləşmə;
  • Rəqabətə davamlı əmək haqqı (müsahibə zamanı müzakirə olunur) və uğurlu layihələr üçün bonuslar;
  • Karyera inkişafı və öz ideyalarınızı həyata keçirmək imkanı;
  • Tam iş günü, həftədə 5 iş günü;
  • İş qrafiki: 09:00-dan 18:00-dək.

Tələblər

  • Marketinq sahəsində minimum 3 illik iş təcrübəsi, pərakəndə/topdansatış sahəsində təcrübə üstünlük təşkil edir;
  • Uğurlu marketinq kampaniyaları və aksiyaların yaradılması və həyata keçirilməsi təcrübəsi;
  • Müasir təşviq alətləri və kanalları barədə bilik;
  • Analitika və hesabatlarla iş təcrübəsi, nəticələr çıxarma və strategiyaları uyğunlaşdırma bacarığı;
  • Yaradıcılıq, təşəbbüskarlıq və yeni ideyalar təklif etmək qabiliyyəti;
  • Komandada işləmək və digər əməkdaşların və ya podratçıların işini koordinasiya etmək bacarığı;
  • Uğurlu layihələr, aksiyalar və ya marketinq kampaniyalarından ibarət portfolio təqdim edilməsi arzuolunandır.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar