Bakı,
Azərbaycan
30.01.24
-
29.02.24
İş haqqında məlumat
- Şirkətin marketinq kommunikasiya strategiyalarının yazılması, şirkətin vizyonuna uyğun kommunikasiya planının hazırlanması;
- Şirkətin bütün dizayn materiallarının hazırlanması;
- Şirkətin marketinq sisteminin təkminləşdirilməsi;
- Filiallar üzrə marketinq və kommunikasiya fəaliyyətinə nəzarət;
- Komandanın idarə edilməsi;
- Ənənəvi reklam platformasında reklam bölgüsünün həyata keçirilməsi və komandanın düzgün istiqamətdə yönləndirilməsi;
- Digital platformalarda reklam strategiyasının yazılması və komandanın düzgün istiqamətdə yönləndirilməsi;
- PR strategiyası üzrə düzgün imic reklamlarının keçirilməsinə rəhbərlik edilməsi;
- Kreativ konseptlərin hazırlanması və prezentasiya olunması;
- Əsasən ən son rəqəmsal vizual trendləri izləmək və tətbiq etmək;
- Şirkətin saytına nəzarət etmək;
- İş qrafiki: 6 günlük (şənbə yarım iş günü).
Tələblər
- Yaş: 25-50;
- Təhsil: Ali;
- Təcrübə: Bu sahədə ən azı 3 il;
- Dil bilikləri: Rus dili yüksək səviyyədə, İngilis dili arzuolunandır;
- Kompüter bacarıqları: Adobe İllustrator, Photoshop və Corel Draw ilə mükəmməl işləmək bacarığı;
- Reklam, qrafik vizuallaşdırma sahəsində geniş iş təcrübəsi, bütün növ rəqəmsal vizual formatların hazırlanması ilə bağlı geniş təcrübə;
- Güclü kommunikasiya bacarıqlarının olması;
- Gərgin iş rejimində və çoxfunksiyalı komanda ilə işləmək bacarığı;
- Strateji, analitik düşünmək və işləmək bacarığı;
- Yüksək kreativ düşüncə, standartlardan kənara çıxmaq bacarığı;
- Detallara diqqətli olmaq;
- Müzakirə və inandırma qabiliyyəti;
- Yaradıcılıq;
- Yeniliyə açıqlıq;
- Problemlərə həll edici yanaşma.
Marketinq
Səhiyyə xidmətləri
Elanın müddəti bitmişdir