PMD Hospitality

Marketinq üzrə mütəxəssis

Ə/h razılaşma ilə 100
Tam iş günü
Bakı, Azərbaycan
15.07.24 - 14.08.24

İş haqqında məlumat

  • Öhdəliyində olan bütün hotellər üçün xüsusi bazar seqmentlərinə və mövsümlərə yönəlmiş otaqlar, spa və restoranlar üçün illik fərdi marketinq planının hazırlanmasında hotel daxili komanda, Marketinq Meneceri və Satış komandası ilə əməkdaşlıq etmək;
  • Təsdiq olunmuş marketinq planına uyğun olaraq bütün növ cari və yeni kampaniyaların reklamını təşkil və nəzarət etmək;
  • Öhdəliyində olan bütün hotellər üçün illik büdcənin hazırlanıb Marketinq Əlaqələri üzrə Menecerə təsdiq üçün təhvil verilməsinə cavabdeh olmaq;
  • Təsdiq edilmiş marketinq büdcəsini səmərəli şəkildə xərclənməsini təmin etmək;
  • Marketinqin inkişafı istiqamətində daimi təhlil və bazar araşdırmaları aparmaq;
  • Otelin illik inkişaf marketinq planına uyğun olaraq bütün müvafiq oflayn və onlayn kanallarda müştəri ilə bağlı B2B və B2C təşviqini və kommunikasiyalarını effektiv və səmərəli şəkildə həyata keçirmək;
  • Hotel ziyarətçilərini cəlb etmək üçün “aşağı mövsümlərə” və dövlət bayramlarına diqqət yetirərək il boyu xüsusi tədbirlər yaradır və təbliğ etmək;
  • Media ilə əlaqələrə nəzarət edir, tanışlıq turları təşkil etmək üçün onlarla yaxından əməkdaşlıq edir və hədəf kütləsinə təsir nəticələrini izləmək;
  • İdarə olunan hotellərin açıq və qapalı məkanlarda reklamlarının yerləşdirilməsi və nəzarətinə cavabdeh olmaq;
  • Hotelləri marketinq yönümlü məlumat daşıyıcıları, promo materiallar və ekran yerləşdirmələri ilə təmin və nəzarət etməyə cavabdeh olmaq;
  • Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll etmək;
  • Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək.

Tələblər

  • Təhsil: Ali təhsil (Marketinq sahəsində arzu olunandır);
  • Təcrübə: Sahə üzrə 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus və ya İngilis dili – yaxşı səviyyədə.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar