Azərpoçt

Marketinq şöbəsinin müdiri

Məkan Bakı, Azərbaycan
İş növü Tam iş günü
Kateqoriya Marketinq
Vakansiya tarixi 19.01.23 18.02.23

İş haqqında məlumat

  • Təşkilatın illik marketinq planının icrasının təşkili;
  • Bazarın araşdırılması, müqayisəli təhlillərin aparılması, şirkətin məhsullarının bazarda mövqeyi haqqında düzgün nəticələr təqdim olunması;
  • Bazar araşdırmasına və tələblərə əsasən mövcud məhsulların inkişaf etdirilməsi üçün təkliflərin verilməsi;
  • Fərqli məhsullar üzrə ayrı-ayrı marketinq planlarının hazırlanması;
  • Rəqəmsal marketinq fəaliyyətinə dəstək verilməsi (Veb-səhifə və sosial şəbəkələrdə reklam və digər kampaniyaların yaradılmasının təşkili və s.);
  • “Google SEO” və “Mass Mail” işinin təşkili;
  • Şirkətin brendbukuna uyğun brendinq işlərinin aparılmasının təşkili;
  • Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması;
  • Dövrü hesabatların hazırlanması və təhlili.
  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatı: 09:00-18:00;
  • İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72).

Tələblər

  • Təhsil: İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
  • Təcrübə: Marketinq sahəsi üzrə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi (Maliyyə, xidmət sektorunda olanlara üstünlük veriləcək);
  • Dil bilikləri: Rus və ingilis dili biliyi;
  • Kompüter bacarıqları: MS ofis proqramlarından istifadə bacarığı;
  • Təqdimat və ünsiyyət bacarığı;
  • Analitik və tənqidi düşünmə bacarığı;
  • Məsuliyyətlilik, çeviklik, dürüstlük;
  • Komanda ilə işləmə bacarığı.

Bizi Teleqramda izləyin.

Oxşar vakansiyalar