Melissa Group

Marketinq mütəxəssisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
14.09.23 - 14.10.23

İş haqqında məlumat

  • Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə təyin edilən tapşırıqların icrası; 
  • Marketinq komandasının hədəflərinin yerinə yetirilməsi; 
  • Bazar mövqelənməsinin təyin olunması istiqamətində işlərin təşkil edilməsi;
  • Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması; 
  • Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
  • Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasında iştirak etmək;
  • Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təminatı;
  • Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılması istiqamətində işlər;
  • PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsi;
  • Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması istiqamətdə verilən tapşırıqların icrası;
  • Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Cinsi: Kişi; 
  • Təhsil: Marketinq və ya iqtisadiyyat sahəsində ali bakalavr və ya magistr təhsili;
  • Təcrübə: Marketinq sahəsində ən azı 1 il;
  • Dil bilikləri: Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması;
  • Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;  
  • Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması; 
  • Tikinti sektorunda marketinq mütəxəssis vəzifəsi üzrə təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.


Oxşar vakansiyalar