Green City Resort & Residence

Marketinq meneceri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
19.09.23 - 19.10.23

İş haqqında məlumat

  • Bazar potensialını və məhsul portfelinin perspektivlərini təhlil etmək üçün bazar araşdırmasının aparılması;
  • Mövcud və potensial müştərilər arasında yeni və kampaniyalı məhsulların təbliği, həyata keçirilməsi və məlumatlılığının artırılması;
  • Potensial müştəriləri cəlb etmək və mövcud müştəriləri saxlamaq üçün şirkətin düzgün mesajlaşmasını təmin etmək;
  • Media təşkilatları və reklam agentlikləri ilə əməkdaşlıq etmək;
  • Xərclərə, əhatə dairəsinə və investisiya gəlirinə əsaslanaraq şirkət üçün hansı reklam üsullarının ən təsirli olduğunu müəyyən etmək;
  • Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
  • Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
  • Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
  • Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
  • Şirkətin strateji marketinq planının icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;
  • Satışın artırılmasına yönəlik aktivliklər, kompaniyalar təşkil etmə və hesabatlılığını təmin etmək.

Tələblər

  • Təhsil: Ali (Marketinq və ya biznes menecment sahəsində üstünlükdür);
  • Təcrübə: Marketinq sahəsində minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərini yaxşı bilmək, rus dili biliyi arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office biliyi əla səviyyədə, xüsusən MS Excel və PowerPoint;
  • Komandada işləmə və idarəetmə;
  • Rəqəmsal marketinq ilə işləmək bacarığı;
  • Yaxşı təqdimat bacarığı və ictimai tədbirlərdə açıq davranma bacarığı.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər.