Caspian Textile MMC

Marketinq meneceri

Ə/h razılaşma ilə 78
Tam iş günü
Bakı, Azərbaycan
09.10.24 - 09.11.24

İş haqqında məlumat

  • Şirkətin marketinq strategiyasını hazırlamaq və həyata keçirmək;
  • Brendin inkişafını təmin etmək və onun tanıtımını həyata keçirmək;
  • Müştəri bazasını genişləndirmək və müştəri məmnuniyyətini artırmaq üçün tədbirlər həyata keçirmək;
  • Marketinq kampaniyalarını planlaşdırmaq, idarə etmək və nəticələrini analiz etmək;
  • Sosial media, rəqəmsal marketinq, SEO və digər rəqəmsal kanallar üzərindən reklam fəaliyyətlərini idarə etmək;
  • Marketinq büdcəsini təyin etmək və ona uyğun fəaliyyətləri planlamaq;
  • Satış komandası ilə sıx əməkdaşlıq edərək, satışları artıracaq marketinq taktikalarını təyin etmək;
  • Rəqib analizi aparmaq və bazar trendlərini izləyərək şirkətin mövqeyini gücləndirmək;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi-nə uyğun sənədləşmə;
  • İş qrafiki: həftənin 5 günü- şənbə, bazar istirahət günü.

Tələblər

  • Marketinq və ya müvafiq sahədə ali təhsil;
  • Marketinq sahəsində ən azı 3 il təcrübə;
  • Rəqəmsal marketinq alətləri (Google Analytics, SEO, SEM, sosial media platformaları) üzrə təcrübə;
  • Yaradıcı düşüncə qabiliyyəti və problem həll etmə bacarığı;
  • Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı bacarığı. Rus dili biliyi üstünlükdür;
  • Təzyiq altında işləmək və çoxtapşırıqlı iş rejimində yüksək performans göstərmək bacarığı;
  • Komanda ilə effektiv ünsiyyət və əməkdaşlıq qabiliyyəti;
  • Analitik düşüncə və məlumatlara əsaslanan qərar vermə bacarığı;
  • Yüksək səviyyədə təşkilatçılıq və vaxt idarəetmə bacarığı.


Elanın müddəti bitmişdir