Coffeelea

Marketinq meneceri

Ə/h razılaşma ilə 167
Tam iş günü
Bakı, Azərbaycan
12.06.24 - 12.07.24

İş haqqında məlumat

  • Şirkətin məqsədləri, bazarın xüsusiyyətləri və rəqabət mühiti nəzərə alınaraq CoffeeLea kofeşoplar şəbəkəsi üçün marketinq strategiyasının hazırlanması;
  • CoffeeLea brendinin bütün kofeşoplarda eyni stilin və imicin dəstəklənməsi və qorunması;
  • Kofeşopların daxili görünüşü, menyusu, xidmət səviyyəsi və marketinq materialları daxil olmaqla CoffeeLea brendinin standartlarının inkişafı və təkmilləşdirilməsi;
  • Brendin inkişafı və müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif promo tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
  • CoffeeLea brendinin tanınmasını və satışları artırılması məqsədilə marketinq proqramlarının və reklam kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
  • Yeni imkanların aşkarlanması üçün bazarın və rəqiblərin təhlili və effektiv reklam strategiyalarının hazırlanması;
  • Marketinq tədbirlərinin büdcəsinin idarə edilməsi və resursların effektiv istifadəsinin təmin edilməsi;
  • Ardıcıl brend yanaşmasının təmin edilməsi üçün təchizat, əməliyyatlar, müştəri xidməti və digər şöbələri ilə əməkdaşlığın təmin edilməsi və fəaliyyətin koordinasiyası;
  • Marketinq kampaniyalarının effektivliyinin təhlili və onların optimallaşdırılması üçün tövsiyələrin hazırlanması;
  • CoffeeLea brendinin sosial şəbəkələrdə və digər onlayn platformalarda fəal şəkildə fəaliyyət edilməsini təmin edilməsi;
  • AR Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;
  • Şirkət tərəfindən nahar yeməyi ilə təmin olunma; 
  • Gənc, aktiv və peşəkar komandada işləmək imkanı;
  • Karyera imkanları;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Təcrübə: Restoran və ya oxşar sahədə Marketinq üzrə minimum 3-5 il iş təcrübə;
  • Təhsil: Ali təhsil mütləqdir (marketinq, reklam, PR və ya oxşar ixtisas üzrə arzuolunandır);
  • Rəqəmsal marketinq, sosial media, reklam və PR daxil olmaqla, marketinq strategiyalarının və brendin təşviqi üsullarının işlənib hazırlanmasında təcrübə;
  • Kofeşop şəbəkəsinin xüsusiyyətlərinə uyğun marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsi üçün müvafiq bilik və təcrübə;
  • Analitika ilə bağlı təcrübə və marketinq kampaniyaların effektivliyini təhlil etmək bacarığı;
  • Müştərilərin cəlb edilməsi və brendin imicini möhkəmləndirmək üçün yeni ideyaların yaradılması üçün kreativ düşüncə;
  • Müxtəlif işçi heyəti və rəhbərlik ilə səmərəli əlaqə qurması üçün əla ünsiyyət bacarıqları;
  • Komandada işləmək və ümumi məqsədlərə nail olması üçün müxtəlif şöbələrin fəaliyyətini əlaqələndirmək və koordinasiya etmək bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar