Embawood

Marketinq kommunikasiyaları üzrə mütəxəssis

Ə/h razılaşma ilə 114
Tam iş günü
Bakı, Azərbaycan
24.07.24 - 23.08.24

İş haqqında məlumat

  • Marketinq kommunikasiyaları üzrə mütəxəssis şirkətin marketinq strategiyasına uyğun ənənəvi kanallar üzrə həyata keçiriləcək fəaliyyətləri planlamaq və həyata keçirmək;
  • Bazarın araşdırılması, mövcud rəqabət mühitinin analizini aparmaq;
  • Rəqiblərin kampaniyalarını daimi izləmək;
  • Mebel sahəsində yeni marketinq trendlərin izlənilməsi və müvafiq kateqoriyaya tətbiq etmək;
  • Əlaqəli brendlərlə “co-marketing” layihələrinin planlanması və həyata keçirilməsi;
  • Yeni məhsulların çəkilişlərini təmin etmək;
  • Brendin reklam və promo məhsullarına eytiyyacı müəyyən etmək və istehsalını təmin etmək;
  • Brendin reklam materiallarının dizayn konseptinin hazırlanmasında iştirak etmək;
  • Mağazaların inkişafı üçün marketinq dəstəyinin verilməsi;
  • Marketinq və satışa dəstək kampaniyasının hazırlanması prosesində iştirak etmək;
  • Brendin ənənəvi kanallarda istifadə etdiyi marketinq fəaliyyətinin effektivliyini ölçmək və lazimi dəyişiklik təklifləri vermək;
  • Mövcud məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müştəri məmnuniyyətinin artırılması və onlarla bağlı qaydalara əlavə və dəyişikliklərin edilməsini həyata keçirmək.

Tələblər

  • Təhsil: Ali təhsil (marketinq, iqtisadiyyat, jurnalistika sahəsində arzu olunandır);
  • Təcrübə: Marketinq sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Kompüter bacarıqları: MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
  • Analitik düşünmə qabiliyyətinə malik olmaq.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar