Tüfekçi Logistics

Marketing üzrə kiçik mütəxəssis

Ə/h razılaşma ilə 109
Tam iş günü
Bakı, Azərbaycan
28.11.24 - 28.12.24

İş haqqında məlumat

  • Bazarın imkanlarını araşdırmaq və onların nəticələrini təhlil etmək;
  • Yeni müştərilərin cəlb edilməsi. 
  • Təşkilatın marketinq konsepsiyasını daim təhlil etmək və dəyişən bazar mühitinə uygunluğunu yoxlamaq;
  • Təşkilatın dövri marketinq məqsədlərini müəyyən etmək, marketinq planlarını tərtib etmək, eləcə də müvafiq siyasət və prosedurlarını müəyyənləşdirmək, təhlil etmək;
  • Yaranma məqsədləri, bazarın xüsusiyyətləri haqqında məlumat, eləcə də dəyər və qiymət artımı amillərı əsasında marketinq strategiyasını müəyyən etmək, hazırlamaq və qiymətləndirmək;
  • Marketinq sahəsində fəaliyyətlər ilə əlaqədar iş planlarını hazırlamaq və sənədlər ilə əsaslandırmaq;
  • Tələb olunan xidmətlərin növləri ilə əlaqədar müştərinin rəyini öyrənmək;
  • Marketinq üzrə fəaliyyətlərə nəzarət etmək, eləcə də zəruri halda fəaliyyət planını nəzərdən keçirmək və dəyişmək;
  • Marketinq sahəsində nəticələri təhlil etmək, strateji məqsədləri və marketinq üzrə göstəriciləri nəzərdən keçirmək, zəruri halda yenidən baxmaq;
  • Bazarda müşahidə olunan dəyişiklikləri təhlil etmək, eləcə də onların marketinq üzrə strateji məqsədlərə təsirini müəyyən etmək və sənədlər ilə əsaslandırmaq;
  • Ünvan: Globus Centre Cəfər Cabbarlı küçəsi, 609 Yasamal, Bakı / Azerbaycan.

Tələblər

  • Ali təhsil; 
  • Marketinq sahəsində min. 1 il iş təcrübəsi;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Azərbaycan və İngilis dilinin bilməsi üstünlükdür;
  • Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
  • Fəal və işə planlı yanaşma;
  • Qərarvermə qabiliyyəti;
  • Vakansiyaya müraciət üçün CV-nizi “Logistika üzrə kiçik mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.


Oxşar vakansiyalar