Asia Motors

Marka meneceri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
05.11.23 - 05.12.23

İş haqqında məlumat

  • Məhsulun (avtomobilin) bazarda mövqeyini izləmək (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula münasibətini müəyyənləşdirmək, şirkətin imicinin müntəzəm tədqiqatını aparmaq;
  • Qiymət siyasətinə və rəqib məhsullara olan tələbata nəzarət etmək, rəqiblərin oxşar məhsullarına nisbətən məhsulun mövqeyini müəyyən etmək;
  • Satış həcmlərini proqnozlaşdırmaq;
  • Sifariş edilən avtomobillərin ölkəyə gətirilməsinə, şirkətə çatdırılmasına biləvasitə nəzarət etmək;
  • Məhsulun xüsusiyyətlərini tədqiq etmək, marketinq araşdırmalarının nəticələrinə əsasən istehlakçıların məhsula olan tələblərini təhlil etmək;
  • Məhsulun irəliləməsi və satışı üçün bir sıra öhdəlikləri həyata keçirmək;
  • Cari və yeni məhsullar üzrə satış həcminin və mənfəətin təxmin edilməsi;
  • Tv, rəqəmsal və digər reklam məcralarında verilmiş reklamların izlənilməsi və effektivliyin artırılması üçün təkliflər verilməsi;
  • Keçiriləcək marketinq kampaniyalarında pressreliz mətnlərinin yazılmasında yaxından iştirak etməsi;
  • Marketinq və satış komandası ilə sıx əlaqədə olmaqla satış artırma yönümlü təkliflər hazırlanması;
  • Məhsulların 1C proqramında nomenklaturasının yaradılması;
  • Avtomobillərin sifarişini sistematik olaraq təşkil etməsi;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 5 günlük;
  • İş yeri: Babək prospekti.

Tələblər

  • Yaş: 25-35;
  • Təhsil: Ali (İqtisadi ali təhsil arzuolunandır);
  • Təcrübə: Müvafiq sahə üzrə ən azı 3 il;
  • Dil bilikləri: Azərbaycan və ingilis dilini səlis bilməli, rus dilini yaxşı bilməli (təlimlər ingilis dilində olacaq);
  • Kompüter bacarıqları: MS Windows, Microsoft Office (Excel, Word, Outlook), 1C 8.3 proqramlarında işləmək bacarığı olmalı;
  • Parakəndə və korporativ yeni avtomobil satışı, marketinqi və satışsonrası xidmət sahəsində təcrübə mütləqdir;
  • Bazar iqtisadiyyatını, biznesin əsaslarını, qiymətləndirmə üsullarını, strategiya və qiymətlərin taktikasını, marketinqin əsaslarını bilməli;
  • Biznesin idarəedilməsini bilməli;
  • Analitik düşüncə qabiliyyəti olmalı;
  • Bazarın inkişaf modellərini və mallara tələbatın formalaşmasını bilməli;
  • Reklam kampaniyalarının formalarının və metodlarının əsaslarını bilməli;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Yüksək səviyyədə gürüşlərin aparılması, danışıq qabiliyyəti, fikrini aydın izah etmə və aktiv satış bacarığı olmalı;
  • Yeniliklərə açıq olmalı.