Bakı,
Azərbaycan
07.05.24
-
06.06.24
İş haqqında məlumat
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Vergi məcəlləsinin və Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurmaq;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarını hazırlamaq;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu qurmaq, inventarizasiyasını keçirmək və nəticələrə uyğun hesabat hazırlamaq;
- Elektron Qaimə Fakturaları tərtib etmək və göndərmək;
- İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
- Mühasibat uçotunun Uçot Siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparılmasını təşkil etmək;
- Firmadaxili aylıq maliyyə hesabatlarını hazırlamaq;
- Daxili nəzarət (audit);
- Vergi risklərini hesablamaq və hesabat hazırlamaq;
- Məxfilik prinsiplərini pozmamaq.
Tələblər
- Təcrübə: Minimum 5 il maliyyəçi və ya mühasib təcrübəsi olmalı;
- Kompüter bacarıqları: 1C 8.3 və ya LOGO mühasibat proqramlarında, Office proqramlarında (Excel, Word və s.) və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
- Dil bilikləri: Azərbaycan və Rus dillərini yaxşı səviyyədə bilməli (İngilis dilini bilməsi arzuolunandır);
- Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
- Maliyyə balanslarının hazırlanmasında müvafiq təcrübəsi olmalı;
- Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
- İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, dövriyyə cədvəlləri və balans hazırlamağı və onu oxumağı bilməli;
- Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları, Beynəlxalq Audit Standartları üzrə iş təcrübəsi arzuolunandır;
- ACCA, CPA sertifikatlarının olması arzuolunandır;
- Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.ə
Maliyyə
Tikinti və təmir