Baku Bus

Maliyyə və mühasibatlıq şöbəsinin müdiri

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
31.05.24 - 30.06.24

İş haqqında məlumat

  • Maliyyə və mühasibatlıq şöbəsinin fəaliyyətinə rəhbərlik edir;
  • Şöbənin struktur vahidlərinin iş fəaliyyətini təşkil edir, tənzimləyir və nəzarət edir;
  • Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir;
  • Şirkətin büdcəyə nəzarət hesabatlarının hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir;
  • Büdcə proqnozlarının icrasına, dəyişiklik edilməsinə, hazırlanmasına və təsdiq edilməsinə cavabdehlik edir;
  • Şirkətin icmal balansı və balansdankənar hesabatlarının hazırlanmasına və təhlilinə rəhbərlik edir;
  • Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir;
  • Büdcə icrası nəticələri ilə maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir;
  • Şirkətin gündəlik əməliyyatları barədə rəhbərliyə məlumatın verilməsini təmin edir;
  • Həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və müəssisənin öhdəliklərinə nəzarəti təmin edir;
  • Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir;
  • Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır;
  • Maliyyə şöbəsinin fəaliyyətini tənzimləyən qayda və prosedurların hazırlanmasını təmin edir;
  • Şirkətin idarəetmə orqanları tərəfindən Əmək qanunvericiliyinə uyğun ona həvalə edilən digər səlayihətləri həyata keçirir;
  • Şirkətin səlahiyyətli idarəetmə orqanları tərəfindən Maliyyə şöbəsinə həvalə olunan digər işlərə rəhbərlik edir;
  • Professional və maddi artım üçün perspektiv;
  • Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə;
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək;
  • Ünvan : Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan yolu
  • İş qrafiki: 5 günlük. həftənin 5 günü (İstirahət:şənbə, bazar)
  • İş vaxtı: 9:00-18:00.

Tələblər

  • Planlama və Təşkilatçılıq;
  • Risklərin idarəedilməsi;
  • Hesabatvermə;
  • Hədəf;
  • Stresə davamlılıq, səbrlilik;
  • Analitik Düşünmə, analiz etmə, diqqətcillik;
  • Qiymətləndirmə bacarığı;
  • Maliyyə hesabatları üzrə bilgilər;
  • Kvalifikasiyalar: MBA, ACCA (beynəlxalq mühasibatlıq sertifikatı);
  • Təhsil səviyyəsi: İqtisadi, maliyyə, muhasibat uçotu üzrə ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis-dili (yaxşı);
  • Kompyuter bilikləri: 1C ERP (əla);
  • İş təcrübəsi: 5-10 il müvafiq sahə üzrə iş təcrübəsi;