Supertoys MMC

Maliyyə üzrə mütəxəssis

800 - 1200 ₼
Tam iş günü
Bakı, Azərbaycan
08.04.24 - 08.05.24

İş haqqında məlumat

  • Müəssisənin uzunmüddətli aktivlərinin, öhdəliklərinin siyahısına əsasən əmlak və öhdəliklərinin inventarizasiyasını təşkil etmək, keçirilən inventarizasiyanın nəticələrini əks etdirən sənədlərin təhlil olunmasını, öhdəliklərin mövcudluğu, vəziyyəti və qiymətləndirilməsi ilə bağlı nəticələri hazırlamaq;
  • Maliyyə analizi üçün statistik və digər məlumatların toplanması və analizi;
  • Maliyyə rəhbərinin, rəhbərliyin sorğularına əsasən maliyyə hesabatlarının analizi və müzakirəsi üzərində işləmək;
  • Müştərilərə, rəhbərliyə və müəssisənin digər bölmələrinə maliyyə məlumatların təqdim edilməsi;
  • Hesabatların hazırlanması və təqdim edilməsi prosesində maliyyə məlumatların düzgün və tam olmasının yoxlanılması və təmin edilməsi;
  • İşin aparılmasında maliyyə standartlarının tələblərinə uyğunluğun nəzarət edilməsi və maliyyə proseslərinin keyfiyyətinin təmin edilməsi;
  • Daxili hesabatların hazırlanması üçün lazım olan məlumatların toplanması, təhlili və qeydiyyatı;
  • Şirkətin illik büdcəsinin hazırlanması və təqdim edilməsi üçün işlərin görülməsi;
  • Büdcə icrası prosesində maliyyə nəzarətinin təmin edilməsi, lazım olan hesabatların hazırlanması və büdcə təhlilinin aparılması;
  • Audit materiallarının hazırlanmasının koordinasiyası, maliyyə hesabatı, auditorların fəaliyyətinə nəzarət və onların təklif və iradlarının araşdırılması;
  • Şirkətin büdcəsinin və maliyyə proqnozlarının tərtibatının razılaşdırılması və dəyişikliklər və həmin dəyişikliklərin səbəbləri barədə hesabat verilməsi;
  • Artıq, əskik xərclərin, faktiki gəlir və xərclərin təhlilinə dəstək və müxtəlif statistik hesabatların hazırlanması;
  • Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlili.

Tələblər

  • Təhsil: Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr, MBA arzuolunandır);
  • Təcrübə: Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Yüksək səviyyədə Azərbaycan dili biliyi, digər dillər üstünlükdür;
  • Kompüter bacarıqları: Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli, digər analitika proqram bacarıqları üstünlükdür;
  • Pərakəndə satış sahəsində təcrübəsi üstünlükdür;
  • İFRS standartları üzrə  beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara (ACCA və s.) ustünlük veriləcək;
  • Hesabatlılıq üzrə  bilikər və təcrübə, ERP sisteminin qrulmasında təcrübə üstünlükdür;
  • Yüksək analitik qabiliyyət və problem həll etmə bacarığı;
  • Güclü ünsiyyət bacarığı, strateji düşünmə bacarığı;
  • Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar