Azerconnect LLC

Maliyyə nəzarəti və planlama üzrə aparıcı mütəxəssis

Ə/h razılaşma ilə 85
Tam iş günü
Bakı, Azərbaycan
19.01.24 - 18.02.24

İş haqqında məlumat

  • Birbaşa rəhbərin koordinasiyası ilə illik büdcənin (maliyyə hesabatları, konsolidasiya, prezentasiyalar) hazırlanması;
  • Mütəmadi olaraq proqnozların (maliyyə hesabatları, konsolidasiya, prezentasiyalar) hazırlanması;
  • Büdcədə nəzərdə tutulan rəqəmlərlə faktiki rəqəmlər arasında fərq təhlili aparmaq və büdcədən çox, aşağı olmasının səbəblərini araşdırmaq;
  • Cari dövrün faktiki rəqəmlərini əvvəlki dövrlərlə müqayisə etmək üçün analitik prosedurları yerinə yetirmək və maliyyə nəticələrinin düzgünlüyünə əminlik əldə etmək;
  • Müxtəlif xərclərə nəzarət prosedurları həyata keçirmək;
  • Rəhbərlik tərəfindən verilən digər sifahi və yazılı tapşırıqları icra etmək.

Tələblər

  • Təhsil: Maliyyə, Mühasibatlıq, Menecment və oxşar sahələr üzrə ali;
  • Təcrübə: Müvafiq sahədə 2 ildən artıq təcrübə;
  • Dil bilikləri: Azərbaycan dilini səlis və ingilis dilini orta səviyyədə bilmək (Rus dilini səlis bilmək üstünlük sayılır);
  • Kompüter bacarıqları: Excel proqramından yüksək səviyyədə istifadə etmək bacarığı;
  • Büdcələmə prosesi üzrə ümumi anlayış;
  • Xərclər üzrə ümumi anlayış;
  • Güclü analitik biliklər;
  • Yaxşı ünsiyyət qabiliyyəti;
  • Komanda işi və əməkdaşlıq;
  • Nəticə yönümlülük;
  • Şifahi və yazılı ünsiyyət qabiliyyəti;
  • Funksiyalar arası və biznesin bütün təbəqələri üzrə mürəkkəb məsələlərdə müstəqil işləmə bacarığı;
  • Sürətli dəyişikliklərə uyğunlaşma bacarığı, özünü təşviq etmə;
  • Davamlı təkmilləşmə;
  • Son tarixlərə (deadline-lara) ciddi şəkildə riayət etmək.


Elanın müddəti bitmişdir